Məhkəmə Tarif Şurasına qarşı iddianı qəbul etmir
Əlövsət Əliyev: «Avropa Məhkəməsinə qədər getmək və bu qərarın qanunsuzluğunu sübut etmək fikrindəyik»
13.01.2007. İki gün öncə bir qrup hüquqşünas və QHT rəhbərləri Tarif Şurasına qarşı yeni iddia qaldırıblar. İddialardan ikisi Səbayel Rayon Məhkəməsində, biri isə Konstitusiya Məhkəməsində qaldırılıb. Sonuncu iddia yanvarın 24-də Tarif Şurasına ünvanlanan sorğuya həmin qurumun cavab verməkdən imtinası ilə bağlıdır. Sorğuda Tarif Şurasının 6 yanvar tarixli qərarlarıyla bağlı bir sıra sualların cavablandırılması və müvafiq sənədlərin təqdim olunması xahiş edilib.
İddia müəllifləri ona əsaslanırlar ki, qanunvericiliyə görə, yeni qiymətlər tətbiq edilməzdən 30 gün əvvəl Tarif Şurası bu qərarı ictimaiyyətə bildirməli və qurumun rəsmi internet səhifəsində açıqlamalı olduğu halda bu, baş verməyib.
Məhkəməyə müraciət edənlər arasında ölkənin tanınmış hüquqşünaslarından Ənnağı Hacıbəyli, Ələsgər Məmmədli, İsaxan Aşurov, Əlövsət Əliyev, Rəşid Hacılı, Əyyub Kərimov, Akif Əlizadə, Namizəd Səfərov, QHT liderlərindən Osman Gündüz, Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Aytəkin İmranlı və başqaları var.
Miqrantlara hüquqi yardım təşkilatının rəhbəri Əlövsət Əliyev Tarif Şurasının bahalaşma ilə bağlı son qərarını 2006-2007-ci illərin ən çox müzakirə olunan və ictimaiyyətin narazılığna səbəb olan hadisəsi kimi xarakterizə edir. O, Azərbaycan məhkəmələrindən ədalətli qərar gözləmədiyini önə çəkir, iddianın son məqsədə hesablandığını deyir: «Biz Avropa Məhkəməsinə qədər getmək və bu qərarın yanlış, qanunsuz olduğunu sübut etmək fikrindəyik. Bu baş verəcək. İddia həm də tarix üçün maraqlı faktdır. Biz «Hüquqşünaslar forumu» olaraq Azərbaycan ictimaiyyətinin əleyhinə qəbul olunmuş bir sıra qərarlardan məhkəməyə şikayət etmək fikrindəyik».
Ə.Əliyev TŞ-nı məhkəməyə vermək
kimi addımların hakimiyyətə xəbərdaredici əhəmiyyətinin böyük olacağı qənaətindədir: «Müxtəlif hüquqşünaslar tərəfindən atılan bu cür addımların hamısının vacib əhəmiyyəti var. Belə ki, çox vaxt hakimiyyət Avropa Məhkəməsinə şikayət olunmasın deyə, problemləri həll etməyə çalışırlar. Bu onun nəticəsidir ki, hakimiyyət bu beynəlxalq məhkəməyə gedən şikayətlərin artmasından narahatdır. Və artıq qanunsuz qərarlar qəbul etməkdən çəkinir».
Səbayel Rayon Məhkəməsinin iddianı geri qaytarmasını qanunsuz addım sayan Ə.Əliyev əslində TŞ-nin icraedici orqan olduğunu və şikayətin məhkəmə predmeti olmasının mümkünlüyünü vurğulayır: «Biz Səbayel məhkəməsinin bu qərarından da apelyasiya şikayəti verəcəyik».

Hiç yorum yok:
Yorum Gönder