26.02.2007

Məzarının üzərində Əbülfəz Elçibəyin abidəsi qoyulub


Əbülfəz Elçibəyin qəbirüstü abidəsi üzərində aparılan işlər yekunlaşmaq üzrədir.
Əhaliyə Vətəndaş Xidməti Trestinin baş mühəndisi Feyruz Əsgərov APA-ya bildirib ki, Ə. Elçibəyin abidəsi layihəyə uyğun şəkildə artıq məzarın üzərində qoyulub. O, abidənin ətrafında aparılan daş-hörmə işlərinin davam etdirildiyini deyib: “Əsas vaxt aparan qranitlə görülən işlərdir. Bunlar da mərhələ-mərhələ görülür, işdə heç bir yubanma olmayıb. Elçibəyin ailə üzvlərindən də daha heç kim işin dayandırılmasını tələb etmir”.

Hiç yorum yok: