19.04.2007

“Amnesty İnternational” Hadi Musəvi ilə bağlı İran dövlətinə müraciət edib


19.04.2007. “Amnesty İnternational” Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti tərəfindən aprelin 12-də Azərbaycandan İrana deportasiya edilən İran vətəndaşı, Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) fəallarından biri Hadi Seyid Cavad Musəvi barəsində İran dövlətinə müraciət edib. Bu barədə APA-ya GAMOH-un Bakı bürosunun mətbuat xidmətinin rəhbəri Ağrı Qaradağlı məlumat verib. Müraciətdə İran dövlətinə H.Musəvinin taleyi ilə bağlı araşdırılma aparılması və ailəsinə bu haqda məlumat verilməsi istənilib. A.Qaradağlı H. Musəvinin İran xüsusi xidmət orqanlarının agenti olması haqda yayılan informasiyalara da münasibət bildirib. A. Qaradağlının sözlərinə görə, H. Musəvini 12 ildir tanıyır və onun İran dövlətinin xeyrinə məxfi əməkdaşlıq etdiyinə inanmır. O, GAMOH-un H. Musəvi barədə BMT-yə müraciət etdiyini də qeyd edib.

Hiç yorum yok: