10.04.2007

Hər kəsi satın aldılar



Geri çəkilməyə yer qalmadı...


AKSİYAner


10.04.2007. Nə baş verir Azrəbaycanda? Hara gedirik? Hər gün daha bir az meydanımız daralır, hər gün daha bir az üstümüzə gəlirlər. Hara çəkilməli? Hara getməli? Ümumiyyətlə, geri çəkilməlimi?
Əvvəllər insanlar etiraz etmək üçün “Azadlıq” meydanlarına yığışardılar. Yasaq etdilər. Əvəzində “Qələbə”, “Motodrom” kimi yerləri təklif etdilər. Sonra oraların da yolunu bağladılar. Etirazlar tədricən partiyalar səviyyəsinə, daha sonra qəzetlər səviyyəsinə endirildi. İndi artıq qəzetləri də, pariyaları da satın aldılar. Yerdə nə qaldı?
İndi etiraz edən bir qrup gənc qalıb yalnız. Onlar da olsa-olsa virtual məkana sığınıblar. Yahoo-qruplara, forumlara, pulsuz bloglara… Hara gedirik biz?
Biz geri çəkildikcə meydan Vəhhabistlərə, Nurçulara, İranpərəstlərə qalır. Hakimiyyətdə mox qəribə bir şövqlə onların qol-qanad açmasına imkan verir. Ölkəyə içıq daşımaq istəyənlər küncə sıxışdırılır, qaranlıq, kəsafət daçıyanlara isə yol açılır.
Nə baş verir əcaba?
2008-in prezident seçkilərinə ciddi start verilib. Hətta özlərinin televiziya kanallarında illərlə bunlara qulluq etmiş şəxsləri azca “dikbaş” olduqları üçün çıxdaş edirlər. Bütün potensila etiraz ocaqları söndürülür.
“Yeni Müsavat” qəzetini satın aldılar. “Gündəliyi” də küncə sıxıblar- onu da ya alacaq, ya da bağlayacaqlar. “Alma” da uzun getməyəcək- yenidən bağlayacaqlar.
Az sonra yahoo-qruplara, forumlara girişəcəklər. Əmin olun buna. Bir daha təkrar edirəm, bütün real və potensial etiraz ocaqları söndürüləcək. Nəyin bahasına olursa-olsun, İlham Əliyevi prezident etmək istəyirlər. Edəcəklər də.
Adamı təccübləndirən başqa şeydir. Həmiçəkindən qat-qat zəif olan müxalifətdənmi çəkinirlər? İnanmıram. Hansısa üçüncü qüvvənin gözlənilmədən ortaya çıxağacağındanmı qorxurlar? İnandırıcı deyil, ortada qalan zaman məsafəsi buna yetərli deyil. Bəs nədir problem? Nədir bunların yuxularını ərşə çəkən? Bax, bunu müzakirə etməyə ehtiyac var!


Hiç yorum yok: