4.04.2007

Qadınlar etiraz aksiyası keçirdilər


Aprelin 3-də Azərbaycan Yolu Siyasi Hərəkatının Qadınlar Təşkilatının bir sıra üzvləri Üzeyir Hacıbəyov küçəsini, Hökumət Evinin arxasındakı avtomobil yolunu kəsiblər. Qadınlar bu il yanvarın 6-da Tarif Şurasının enerji daşıyıcılarının və bizi xidmətlərin qiymətinin artırılmasına etiraz ediblər.
Aksiya iştirakçıları “Xalqın cibinə girənlərə ar olsun!”, “Əhalinin güzəranını pisləşdirən hökumətə istefa!” və “Azərbaycan hökuməti, tələblərimizi eşit və əməl et!” şuraları səsləndirərək qiymət artımına etirazlarını bildiriblər. Aksiya insidentsiz başa çatıb.
Qadınlar avtomobil yolunu kəsməzdən əvvəl Beynəlxalq Mətbuat Mərkəzində “Tarif Şurasının 6 tarixli tarixli qərarına yenidən baxılsın” mövzusunda dəyirmi masa keçiriblər. Tədbiri giriş sözü ilə Azərbaycan Yolu Siyasi Hərəkatının Qadınlar təşkilatının sədri Zöhrə Şahsevənli açıb. O, Tarif Şurasının 6 yanvar qərarı ilə enerji daşıyıcılarının, su və digər komunal xidmətlərdən istifadəyə görə qiymətlərin artırılmasını xalqın maddi durumuna çox ciddi təsir etdiyiyni bildirib. Z.Şahsevənli onu də əlavə edib ki, Azərbaycan Yolu Siyasi Hərəkatı Tarif Şurasının qərarına yenidən baxılması ilə bağlı mayın 12-də paytaxtda etiraz mitinqi keçirəcək. O, bütün qadınları bu mitinqdə yaxından iştiraka çağırıb.

Hiç yorum yok: