XOCALILARIN FACİƏSİ …
Onlar Kətik meşəsində də susuz qalmışdılar, indi də suyu pulla satın alırlar
Cəmilə Babayeva
Cəmilə Babayeva
Xocalılarla görüşə gedirik. Naftalana. Bu bizim xocalılarla əyani olaraq ilk görüşümüz olacaqdı. Ancaq biz onların çoxu ilə Xocalı faciəsinə həsr olunmuş Azərbaycan Yolu Siyasi Hərəkatının təşəbbüsü ilə 3 – Azərbaycan, rus və ingilis dillərində hazırlanmış «Onlar heç vaxt böyüməyəcəklər» kitabından artıq tanışıq. Faciə zamanı erməni gülləsindən anasının kürəyində keçinmiş Səxavətin anası Nuridəni tanıyırdıq. Bilirdik ki, Nuridə oğlunun meyitini o faciədən, o gülləbaranda yerə atmayıb. Sevincin anası Mətanətlə söhbət edəndə qarın nahiyəsinə doldurulmuş güllələlərdən həkimlərin qutrara bilmədiyi Sevinci xatırladıq. Bu cür xatirləri tanışlarımız həddindən çox idi.
Gedişimizin məqsədi xocalılarla görüşüb, yaşadıqları sarsıntıları qeydə almaqdı. Axı bu tarixi faktdı.
Naftalan səfərinə bələdçimiz Teymur özü də Xocalıdan idi və bzim dərdləşdiyimiz ilk müsahibimiz idi. Naftalan rayonunun sovet dönəmində Azərbaycanın istirahət və müalicə zonası olduğunu bilirdim. Xocalılar Naftalandakı sanatoriyanın korpuslarında məskunlaşıb. Vaxtilə Azərbaycanın fəxri olan Naftalan rayonunun sanatoriyaları əvvələr istirahət və müalicə mərkəzi olsa da, indi həmin yerlər xocalılar üçün xəstəlik və əzab tüğyan edən məkana çevrilib. Sanatoriya korpuslarında kanalizasiya sistemləri işləmir və vaxtilə insanların müalicə aldığı yerlər hazırda bir çox xəstəliklərin mənbəyinə çevrilib.
İlkin olaraq yaxınlaşdığımız sanatoriyanın «Şirvan» korpusu oldu. Korpusun həyətində 4-5 gənc oğlan vardı. Həmkarım maşından düşüb onlara yaxınlaşır, gəlişinin məqsədini açıqlayır. Bələdçimiz Teymuru görən gənclərdən biri onu tanıyır. Qohum idilər. Çoxdandır ki, görüşmürdülər. Amid adlı həmin gənc bizi otaq-evlərinə dəvət edir. Korpusun dağınıq pilləkənləri ilə qalxıb insanın nəfəsini sıxan dəhlizlə keçib otağa daxil oluruq. Bu ailə və bundan sonra görüşəcəyimiz Xocalıdan olan ailələrin qonaqpərvərliyinin şahidi oluruq. Həmkarım Amidin xatirələrini qeyd edir. Amid xatirələrini danışdıqca o, faciənin sarsıntıların təkrar yaşayır. Amidin 3 kiçik yaşlı övladları ilə tanış oldum. Altı nəfər ailə yalnız təqaüdlə dolanır. Amidin işləyib ailəsini dolandırmaq arzusu var, lakin hərbi bileti olmadığından onu heç yerdə işə götürmürlər. Amid faciə günündə onunla bir yerdə Kətik meşəsini keçənləri bir-bir otağa çağırır. Həmkarım onların xatirələrini qeyd etdikcə dərman qəbul edir. Xocalı faciəsinin həqiqətləri barədə məlumatlı idim. Lakin faciə şahidlərinin özünü görüb danışıqların dinləmək çox ağır idi. «Şirvan» korpusunda 4-5 ailənin uşaqlarından müsahibə alıb şəkillərini götürdük.
«Azərbaycan» korpusuna yollanırıq. Bu korpusda da uşaqların xatirələrini qeyd edirik. Korpusların otaqlarında ümumi cəhətlər gördüm: sanatoriya vaxtından qalmış sınıq-salxaq kreslolar, dəhlizlərin cırıq döşəmə örtükləri. Dəhlizlərdən keçdikcə fikirləşirəm ki, bu insanlar bu cür şəraitdə necə yaşaya bilər? Xocalı qaçqınları artıq 15 ildir ki, bu şəraitsizlikdə yaşayır. Korpusların dəhlizlərində kiçikyaşlı xocalılar çox idi. Onlarda da bir ümumilik gördüm. Onların baxışlarında. Sanki xudmani yaşayışın nə olduğunu bilməyən bu uşaqlar…..
«Goran» korpusuna yollanırıq. Gəlişimiz və məqsədimiz xocalıların marağına səbəb olub. Gecələdiyimiz Nazənin müəllimənin evi həmin faciənin şahid uşaqları ilə dolub boşalırdı. Yenidən o faciə yaşanırdı. Fikirləşirdim faciənin üstündən düz 15 il keçib. Bu sarsıntı nədən belə?! Sən demə, yaşanmış faciə unudulmur. Üstündən illər ötsə də, xatırlananda bir də o facinəi yaşayırsan, bir də o sarsıntıya düçar olursan. Yaxşı ki, Nazənin müəllimənin bapbalaca, sarışın, mavi gözlü nəvəsi Asiman hərdən ortalığa şuluqlu qatıb bizi o sarsıntıdan ayırırdı.
Ertəsi gün biz qaçqınlar üçün salınmış Ağcakənd qəsəbəsinə yollanırıq. Xocalıların müəyyən hissəsi orada yaşayır. Yol boyu dağlar, şumlanmış torpaq, çiçəkləmiş ağaclar göz oxşayır. Ağcakənddə məskunlaşmış xocalılar qəsəbəni müvəqqəti Vətən hesab edir. Hətta bəziləri bildirdi ki, ürəyimiz gəlmir burada nəsə edək. Hər gün gözləyirik ki, Xocalıya qayıdacağıq. Biz Xocalıdan çıxmırdıq. Ermənilər ağır texnikaya ilə Xocalıya daxil olana qədər dözdük. Yalın əllə, adi pulemyot, tüfənglərlə nə etmək olardı? Nə isə…
Qəsəbədə bir evin yaxınlığında 2 uşaq diqqətimi çəkir. Yəqin qardaş idilər. Əllərində kiçik balta ağac budaqlarını xırdalayırdılar. Bizə bildirmişdilər ki, qəsəbəyə qaz çəkilməyib. Fikirləşdim ki, bu balacalar ev üçün odun yığırlar. Xırdaladıqları odunları özlərindən böyük ağ torbaya yığırdılar.
Ağcakənddə də soraqlayıb şahid uşaqları bir-bir tapırıq. Onların da xatirələrini soruşuruq. Yaşyarımlıq ekizlər - Elvin və İlkinin Xocalı faciəsindən sağ-salamat qalması möcüzəsinin də şahidi oluram. Geri dönürük. Üzü Naftalana sarı. Ağcakənddən xeyli uzaqlaşmışdıq ki, Ruslan (Naftalandakı bələdçimiz) yanımızdan maşınla ötüb keçən Turalı tanıyır və geri - Turalın getdiyi maşının arxasınca düşürük. Axı Tural da Xocalı faciəsinin şahididir. Onunla da söhbət edirik.
Ağcakənddən Naftalana olan yol boyu bəzi evlərin həyət qapılarına qırmızı lentin bağlanması diqqətimi çəkdi. Yol yoldaşlarım dedi ki, bu evlərdə toy olub. Ürəyimdən bir kənd toyuna getmək keçdi.
Yenidən qayıdırıq Naftalan sanatoriyasına. Gedişimizin artıq üçüncü günüdür. «Şirvan» sanatoriyasının həyətində yığıncaq vardı. Həmkaroım üzünü mənə çevirib dedi ki, «Cəmilə, qərib eldə qərib bir köç gedir». Bu Naftalan santoriyasında dünyasını dəyişmiş xocalılı Xanlar kişi idi. Xocalılar onu yola salırdı. Yaşlı xocalıların üzündə qərib eldə basdırılmaq kədərini, qorxusunu da gördüm…
Naftalan səfərimiz arxada qalıb. Lakin səfər təəssüratlarım hələ də mənimlədir. Xocalı faciəsini yaşamış insanların min cür əzablarla üzləşdiyi Naftalan sanatoriyalarında indi də onlara sanki zülm verilir. Sadəcə onu qeyd edim ki, xocalılara Allahın neməti olan su pulla satılır. Məni ən çox ağrıdan məqamlardan biri bu idi.
P.S. Bu mənim ilk publisistik yazımdır. İş elə gətirdi ki, mən bu yazını yol qeydləri kimi qələmə alası oldum. Alınıbmı, alınmayıbmı, bəyəndinizmi? Artıq mən bunu bilmirəm.
Naftalan-Bakı-Naftalan

Hiç yorum yok:
Yorum Gönder