4.04.2007

Toni Bleyer İrana 48 saat vaxt verib


04.04.2007. Böyük Britaniyanın baş naziri Toni Bleyer ingilis hərbçilərin həbsi ətrafında yaranmış böhranın həll edilməsi üçün İrana 48 saat vaxt verib.APA-nın məlumatına görə, Toni Bleyer bəyan edib ki, əgər hərbçilər 48 saat ərzində azadlığa buraxılmasa, Böyük Britaniya sərt tədbirlərə əl atacaq: “Bu böhrandan iki çıxış yolu var. Birincisi, problemi sülh yolu ilə həll etmək və hərbçiləri qısa müddətdə azad etməkdir. İkinci variant isə məsələnin həllinə sərt qərarlar çərçivəsində nail olmaqdır. İran Milli Təhlükəsizlik Ali Şurasının rəhbəri Əli Laricaninin bu durumu daha da çətinləşdirmək istəməməkləri barədə bəyanatı təqdiredicidir. Belə düşünürəm ki, danışıqlar üçün yeni perspektivlər yaranır”.

Hiç yorum yok: