Əli İnsanov Elmlər Akademiyasının həqiqi üzvlüyündən çıxarıldı

Ə. İnsanovun vəkili Ağaveys Şahverdi APA-ya bildirib ki, AMEA Rəyasət Heyətinin bu gün keçirilmiş iclasında məhkəmənin bununla bağlı təqdimatına baxıb və Rəyasət Heyətinin bütün üzvləri eks-nazirin həqiqi üzvlükdən azad edilməsinin lehinə səs verib. Bununla Ə. İnsanovun heç nə itirmədiyini deyən A. Şahverdi bildirib ki, eks-nazir AMEA-dan başqa, daha 4 ölkədə akademiya üzvüdür. O, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünün hələlik qüvvəyə minmədiyini də diqqətə çatdırıb: “Hökm Apellyasiya Məhkəməsinin qərarından sonra qüvvədə sayılır. Bu işdə tələskənliyə yol verilib. Bununla yanaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmündə Əli İnsanovun AMEA-nın həqiqi üzvlüyündən azad edilməsi barədə müddəa olmayıb”. O, müdafiə etdiyi şəxslə məsləhətləşəndən sonra bu məsələ ilə bağlı müvafiq addımların atılacağını da vurğulayıb.
Hiç yorum yok:
Yorum Gönder